ÜST mütəxəssisləri Çinə gedir: Koronavirusun yeni növü araşdırılacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti koronavirusun yeni növünü müəyyən etmək üçün yanvarın 14-də Çinə gedəcək.

Bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsi xəbər yayıb.

Bildirilir ki, səfər zamanı xarici mütəxəssislər çinli alimlərlə birlikdə araşdırma aparacaqlar.

Xatırladaq ki, daha əvvəl Çin səlahiyyətliləri beynəlxalq ekspert qrupunun gəlməsinə icazə verilməsi mövzusunu təxirə salmışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: