Azərbaycanda ilk dəfə “Global Game Jam”

Bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, UI/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları “GGJ Azerbaijan”-a dəvətlidirlər

 Yanvarın 27-dən 31-dək 200-ə yaxın ölkədə təşkil ediləcək “Global Game Jam” Azərbaycanda da baş tutacaq.

“Global Game Jam” pandemiya səbəbindən onlayn keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünya ilə əlaqələndirməkdir.

Azərbaycanda ilk dəfə “Global Game Jam” onlayn təşkil ediləcək. Bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, UI/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları “GGJ Azerbaijan”-a dəvətlidirlər.

Tədbirdə iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər.

Tədbir “Game Tech Azerbaijan”ın təşkilatçılığı, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP VC, “Next Step” İnnovasiya mərkəzi , “Kreativ Azərbaycan” və “Mad Rooster” şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək.

Qeydiyyatdan keçmək üçün https://globalgamejam.org/user/signup/to/participate/using ünvanına daxil olmaq lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: