Bakıda itkin düşən 15 yaşlı yeniyetmə tapıldı – YENİLƏNİB + FOTO

Bakıda itkin düşən 15 yaşlı Elvin Məmmədov tapılıb.

Bu barədə onun atası Elçin Məmmədov məlumat verib.

O bildirib ki, oğlu paytaxtın Sabunçu rayonu ərazisində tapılıb:

“Elvini Sabunçuda vətəndaşlardan biri tapıb. Bilmirəm kim tapıb, amma Allah ondan razı olsun. Uşağı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verib. Bizə bölmədən zəng etdilər, getdik, Elvini götürdük. Hazırda Elvin evdədir, heç bir narahatlığı yoxdur. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirik”.

09:12

Bakıda 15 yaşlı oğlan itkin düşüb.

Bu barədə onun atası Məmmədov Elçin məlumat verib.

O bildirib ki, oğlu Elvin Məmmədov ötən gün günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. Sonuncu dəfə dünən “Qara Qarayev” metrostansiyasının yaxınlığında görülüb.

Atasının sözlərinə görə, Elvin əqli qüsurludur və eşitmə problemi olduğundan qulağında eşitmə cihazı var. Evdən çıxanda üzərində qara gödəkcə, qara şalvar və qara rəngli ayaqqabı olub.

Yaşadığı ünvanı belə ifadə edə bilmir, psixoloji problemləri var.

Xahiş olunur, 15 yaşlı Elvini görən şəxslər 070 997 53 52 nömrəsi vasitəsilə məlumat versinlər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: