Qırx altı il küçədən yığdığı kitabları toplayıb dükan açdı

“100 min kitabın yeri boş qalmır. Bir yandan satılır, oxunur, bir yandan isə yeni kitablar əldə edirik”, – 74 yaşlı kitabsevərin qızları deyiblər

 Türkiyənin İzmir şəhərində yaşayan 74 yaşlı Doğan Karabil 46 il qapıçı vəzifəsində çalışıb.

Qapıçısı olduğu binada yaşayan sakinlərin atdığı və küçədən topladığı kitabları 46 il ərzində bir yerə yığan Doğan Karabilin hazırda 100 min kitabı var. Kitabları saxladığı məkanı kitab mağazasına çevirən Doğan Karabilin xeyirxah işini hazırda qızları davam etdirirlər.

Pandemiya müddətində “Yetər ki, oxu – çay bizdən” devizi ilə kampaniya başladan D.Karabilin qızları dükanlarına gənclərin çox gəldiyini söyləyiblər. Dükana gələn gənclər həm kitab oxuyur, həm də ikinci əl kitabları alırlar.

“100 min kitabın yeri boş qalmır. Bir yandan satılır, oxunur, bir yandan isə yeni kitablar əldə edirik”, – 74 yaşlı kitabsevərin qızları deyiblər.

Read more: https://sputnik.az/world/20210112/425928603/Qirx-alti-il-kuceden-yigdigi-kitablari-toplayib-dukan-acdi.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: