Rusiya və Monqolustan sərhədində 8,7 bal gücündə zəlzələ olub – FOTO/VİDEO

Rusiya və Monqolustan sərhədində 8.7 bal gücündə zəlzələ baş verib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yeraltı təkanlar Moskva vaxtı ilə 00.32-də qeydə alınıb. Zəlzələnin episentri Monqolustanda, Turt kəndindən 34 kilometr məsafədə yerləşib.

Bununla birlikdə yeraltı təkanlar İrkutskda (5 bal gücündə), Tuva Respublikasında və Krasnoyarsk diyarında da hiss olunub. Dağıntılar və itkilər barədə məlumat verilməyib.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal Şöbəsi Monqolustanda baş verən zəlzələnin episentrinin xəritəsini dərc edib.

Monqolustanda baş verən zəlzələdən sonra Kızılda və Tuvanın beş rayonunda fövqəladə rejim tətbiq olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: