ÜST-dən kütləvi peyvəndləmə barədə AÇIQLAMA

Bəşəriyyət bu il koronavirusa qarşı kollektiv peyvəndləməyə nail ola bilməyəcək.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş tədqiqatçısı Sumya Svaminatan “Twitter”də yayımlanan brifinqdə deyib.

O bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını alan tədbirlərə riayət etmək vacibdir.

“2021-ci ildə kütləvi peyvəndləməyə nail ola bilməyəcəyik. Bəzi ölkələrdə həssas insanlar qalacaq. Buna görə də, peyvəndləmə ən həssas insanlar arasında aparılarkən tədbirlərə riayət etmək lazımdır. Biz əhalinin digər təbəqələrinə də yardım etməyə başlayırıq”, – deyə o qeyd edib.

ÜST rəsmisi əlavə edib ki, bir il əvvəl heç kim koronavirusa qarşı bir yox, bir neçə peyvəndin tapılacağını xəyal belə edə bilməzdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: