Bakının Mirmahmud Kazımovski küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Sabah Baknın Binəqədi rayonunun Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: