“GMC”nin elektromobil istehsal xərci ucuzlaşacaq

“GMC” şirətinin bu ilin sonunadək elektromobil istehsalına çəkdiyi məsrəfləri hazırda istehsal olunan “Chevrolet Bolt” modelinə nisbətən 30 faiz azalacaq.

Bu barədə “Morgan Stanley Auto 2.0” konfransında bildirən şirkətin icraçı vitse-prezidenti Daq Parks 2021-ci ilin sonunadək bazara “Hummer” adlı elektrik yolsuzluq maşını və bir də elektrik pikap çıxaracaqlarını diqqətə çatdırıb.

Şirkət təmsilçisi xeyli dərəcədə yeni “Ultium” akumulator batareyaları sayəsində elektromobil istehsalının daha ucuz başa gələcəyini qeyd edib. Bütövlükdə “GMC” 2025-ci ilədək 30 yeni elektromobil modelini bazara çıxarmaq niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: