Koronavirus testi necə götürülür – Bakı həkimlərinin işi iri planda – FOTO
Dünya bir ildir koronavirus pandemiyasına görə başqa qaydalarla yaşamağa məcburdur. İnfeksiyanın qarşısının alınmasında onun aşkarlanması üsulu xüsusilə vacibdir. Bakı klinikalarından birində analizlərin toplanması və emalı prosesi – Sputnik Azərbaycan-ın fotolentində
Azərbaycanda koronavirus pandemiyası başlayandan bəri 2800000 test aparılıb. Hər gün minlərlə adam test olunur. Ətrafdakı insanları qorumaq üçünsə xəstəliyi simptomsuz keçirən adamların aşkarlanması daha vacibdir.
Paytaxt klinikaları koronavirusun aşkarlanması üçün analizin götürülməsini həm ambulator, həm də mobil xidmət qaydasında (yəni xəstənin evində) təklif edir. Koronavirusun təsbit olunması üçün hansı testlərdən istifadə olunur.
SARS-CoV-2-nin laborator diaqnostikası PZR metodu ilə aparılır. Bu zaman koronavirusun RNT-sinin təyini üçün burun boşluğundan yaxma götürülür. Bu, virusun daha dəqiq və etibarlı aşkarlanması üsuludur.
Referans kliniki laboratoriya mərkəzində test aparılması prosesi və laboratoriyanın işi lentə alınıb.