Müharibədən qayıdıb ailəsi ilə görüşməyə gələn hərbçi yol qəzasında dünyasını dəyişdi

Qax rayonunun Şotavar kənd sakinləri Gəncədən qayıdarkən qəzaya düşüblər. Qəzada zabit, Vətən müharibəsinin iştirakçısı da həlak olub

 Müharibədən qayıdıb ailəsi ilə görüşməyə gələn hərbçi yol qəzasında dünyasını dəyişib. Hadisə dünən axşam saatlarında  Bakı-Balakən magistralının Şəki rayonundan keçən hissəsində baş verib.  Qax rayonunun Şotavar kənd sakinləri Gəncədən qayıdarkən qəzaya düşüblər. Vətən müharibəsinin iştirakçısı, 1995-ci il təvəllüdlü Məcidov Kənan Rəsul oğlu ailəsi ilə görüşməyə gələn zaman qəzada dünyasını dəyişib. Qardaşı Rəvan Məcidovun isə vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, Kənan Məcidov həm də N saylı hərbi hissənin zabiti olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: