“TikTok” yeniyetmələrin hesablarını şəxsiləşdirir

“TikTok” 13-15 yaş arası yeniyetmələrin hesablarını şəxsi (private) edəcək. Şirkətin verdiyi məlumata əsasən, belə hesablarda paylaşılan videoları yalnız müəllifin icazə verdiyi istifadəçilər görə biləcək.

Bununla yanaşı, “TikTok” bir sıra yeni təhlükəsizlik parametrlərini də istifadəçilərin ixtiyarına verəcək.

“TikTok” platformada elə bir təhlükəsiz mühit yaratmağa çalışır ki, hətta azyaşlılar da öz videolarını rahat şəkildə paylaşa bilsinlər”, – deyə şirkətin məlumatında bildirilir.

Yeniliklər təkcə 13-15 yaş arası deyil, 16-17 yaşlı istifadəçiləri də əhatə edir. Belə ki, bundan sonra sonuncuların paylaşdığı videoların şərh bölümünə də məhdudiyyətlər tətbiq olunacaq. Həmçinin bu videolar üçün yüklənmə funksiyasını söndürmək və ya məhdudlaşdırmaq mümkün olacaq.

Xatırladaq ki, “TikTok” qısa videoların hazırlanması və paylaşımı üçün hazırlanmış bir servisdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: