Türkiyədə Çin vaksininin tətbiqinə icazə verilib

Türkiyədə Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksininin tətbiqinə icazə verilib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Çindən gətirilən peyvənd 14 gün laborator şəraitdə incələnib və kifayət qədər etibarlıdır.

F.Koca bildirib ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: