Yanvarın 26-dan sonra ABŞ-a gedənlərə YENİ TƏLƏB
ABŞ-da yanvarın 26-dan etibarən ölkəyə gələnlərdən mənfi nəticəli koronavirus testi tələb ediləcək.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Qeyd olunur ki, sərnişinlər səfərdən ən çox üç gün əvvəl COVID-19 testi verməli və nəticəsini aviaşirkətə təqdim etməlidirlər.
Uçuşdan əvvəl aviaşirkətlərdən sərnişinlərin mənfi test nəticələrini təsdiq etmələri tələb olunacaq.
Sərnişin müvafiq sənədi verməyə etiraz edərsə, hava yolu şirkəti sərnişinin uçuşundan imtina edəcək.