Daşınmaz əmlakın icbari sığortası 3 dəfəyə yaxın artıb

“Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 2020-ci ilin 10 ayı ərzində bazarda xüsusi aktivliyi ilə seçilən təkcə 5 şirkət tərəfindən vətəndaş və sahibkarlarla 149 min 478 ədəd müqavilə bağlanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından  verilən məlumata görə, bununla da 2019-cu ilin analoji dövri ilə müqayisədə qeyd olunan növ üzrə müqavilə sayında 3 dəfəyə yaxın artım qeydə alınıb.

2019-cu ilin 10 ayı ərzində yenə sadəcə 5 şirkət tərəfindən 53 min ədəd müqavilə bağlanmışdı. Qeyd edək ki, müvafiq artımda fiziki şəxslərin ümumi payı çoxluq təşkil edir.

2020-ci ilin ən son açıqlanan 11 aylıq icmal göstəricilərinə görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri 38.6 milyon manat yığım təmin edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6.5 milyon manat çoxdur. Eyni zamanda 2020-ci ilin yanvar-noyabr aylarında vətəndaş və sahibkarlara “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrə görə 3.7 milyon manat ödəniş edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: