NASA Yupiter peykindən “Wi-Fi” siqnalı alıb

Juno” kosmik aparatı Yupiterin peyklərindən birindən radio siqnal qeydə alıb. Söhbət Yer kürəsində “Wi-Fi” kimi tanınan 10-40 MHz tezlikli “dekametr radiasiyasından” gedir.

Bu barədə “ABC4” NASA nümayəndəsi Patrik Vigginsə istinadən bildirir.

“Juno” Günəş sisteminin ən böyük planetinin qütb bölgəsindən saatda 111.847 mil (təxminən 180.000 km /s) sürətlə uçarkən Yupiter peyklərindən biri olan Hanimedadan gələn dalğaları tutub.

Lakin bunu başqa planetdə həyatın mövcudluğunun sübutu kimi qiymətləndirmək olmaz. Məsələ Yupiterin maqnit sahəsində fırlanan elektronlardadır. Elektronların hərəkət sürəti fırlanma sürətindən az olanda radiodalğalar güclənir.

Eyni proses uzaq ultrabənövşəyi spektrdə qütb parıltısının yaranmasına da səbəb olur.

NASA nümayəndəsinin sözlərinə əsasən, Yupiter peykindəki qütb parıltısı, həmçinin, “Juno” zondunun kamerası vasitəsilə qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: