Rasim Məmmədov Almaniya ilə bağlı xatirələrini bölüşdü -Foto

“Köln, Düsseldorf, Berlin Almaniyanın ən gözəl şəhərləri kimi xatirimdə qalır”.

İctima Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I-ci vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov bu sözləri Almaniya ilə bağlı xatirələrini bölüşərkən söyləmişdir.
Rasim Məmmədov, eyni zamanda, Almaniyanın şəhərlərinin kofenin qoxusu ilə məşhur olduğunu bildirmişdir.
O, həmçinin bildirmişdir: “Almaniya atmosferi kafe qoxusu ilə yadda qalır.
Bu ölkənin hər evində, hər küçəsində ənənəvi üsullarla hazırlanan kofenin qoxusu hiss olunur”.
Almaniyanı qarış-qarış gəzmiş olan ictimai xadim Berlindəki Şuniberqk rayonunun, Bulyofstraks küçəsinin, Berolina otelinin unudulmaz təəssüratları ilə yaddaşında qaldığını bildirmişdir.
Onu da bildirək ki, Almaniya Avropadan, Rusiyadan sonra ən çox əhalisi olan (83 milyondan çox),dünyada ən çox köç edilən ölkədir.
Rasim Məmmədovun xahişi ilə Almaniya haqda bir çox maraqlı məlumatları da oxucularımıza bölüşürük:

Demək olar ki, bütün polislər “Mersedes” maşınlarından istifadə edir.

Təxmini 40 nəfərlik millətçilərin nümayişi zamanı Hamburqda hərəkət dayanır və nümayiş polis tərəfindən müşayət olunur. Onlar millətçiləri qoruyurlar.

Almaniyada işləmədən sosial yardımla yaşamaq mümkündür.

Almaniyada bomjlar it saxlayır.

Çünki itlərə baxdıqlarına görə onlara əlavə pul ödənilir.

Ölkə ərazisində dialekt müxtəlifliyi var, şimalda yaşayanlar cənubdakıları çətinliklə başa düşür.

Bir almandan ünvan soruşsanız, o sizə gülümsəyəcək və telefonunda naviqasiyaya baxaraq yolu izah edəcək, hətta ötürməyi təklif edəcək.

Almaniyada şillə vurulmasına görə cərimə 500 avrodur.

Almaniyada cinayətkarların 80%-i əcnəbilərdir.

Almaniyada sizə hücum edib vursalar, cavab şilləsini bircə saniyə içində qaytarmalısınız, ikinci saniyə keçdikdə artıq məhkəmə sizi günahkar biləcək.
Almanlar alman istehsalı olmayan pivəni çox az hallarda qəbul edirlər.

“Dornfelder” konyak ətri verən alman pivəsidir.

Bavariyada iş günü ərzində hər kəsin bir bakal pivə içmə hüququ var.

Alman qadınlarının bir çoxu yemək hazırlaya bilmir.

Alman qadınları kosmetikadan demek olar ki, istifadə etmirlər.

Almanlar hər yerə eyni paltarda getməyi xoşlayırlar. Məs, almanların çoxu standart yəni, ağ T-shirt, şalvar və idman ayaqqabısı geyinirlər. Onlar üçün rahatlıq və sağlamlıq hər şeydən önəmlidir.

Almaniyada uşaqlara tamamilə hər şey etməyə icazə var, məsuliyyəti valideyn daşıyır. Onlar yoxdursa, deməli cavabdeh də yoxdur.

“Əcnəbi” sözü almaniyada təhqir hesab olunur.

Bütün işguzar məktubların sonu “dostluq salamları ilə” bitir, hətta cərimə haqqında bildirişlərin də.
Hamburq və Berlinin keçmiş meri homoseksual idi. Almanlar cəmiyyətdə belə vəziyyətlərə normal yanaşırlar.

Alman bikerlərinin məşhur içkilərindən biri “Jacky-Cola”dır(“Coca-cola” və “Jack Daniels”in qarışığı).

Almanları eqoist adlandırmaq düzgün deyil. Onlar sadəcə özlərini və həyatlarını sevirlər.

Yaşayış üçün olan labüd şeylər Almaniyada çox ucuzdur. Rahatlıq və kaprizləri ödəyənlər isə bunun əksi olaraq bahadır.

Almaniyada sınmış və ya xarab olmuş əşyanın təmirindənsə, yenisini almaq daha ucuz başa gəlir.

Alman mentalitetinə görə onlar mübahisəyə birinci başlamırlar. Başladılarsa da, son nəfəsə kimi davam edirlər.

Almaniyada məmurlar vergi ödəmirlər.

Almanlar demək olar ki, siqaret çəkmirlər. Onlar sağlamlıqlarına qarşı diqqətlidirlər.

Almaniyada bizdən tam fərqli olaraq piyada keçidlərindən hətta gözüyumulu keçmək mümkündür.

Almaniya iqtisadiyyatı avropada ən böyük, 2008-ci ildə ÜDM-a görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır. 2009-cu il məlumatlarına görə Almaniyanın xarici valyuta ehtiyatları 185 milyard, xarici borcu isə 5.2 trilyon ABŞ dollarıdır.

Almanlar çox zaman “R” səsini tələffüz edə bilmirlər.

Almanlar öz uşaqlarına qarşı çox həssadırlar. Almaniyada hər il dəfələrlə uşaqların şərəfinə müxtəlif festivallar və bayramlar keçirilir.

Almanlar başqa millətdən olan insanları həmçinin müsəlmanları sevmirlər.

Afrika ölkələrindən gələn miqrantların əleyhinə olan ən böyük ölkə Almaniyadır.

Alman dili dünyanın ən kobud təlləffüz olunan dillərindən biridir.
Almanlar dünyanın ən güclü futbol pərəstişkarlarından biridilər.

”ictimainezaret.info”



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: