Sumqayıt sakini itkin düşüb – FOTO

Sumqayıtda yaşayan 56 yaşlı kişi itkin düşüb.

Bu barədə onun qohumu İslam İbrahimov məlumat verib.

O bildirib ki, 1964-cü il təvəllüdlü Orucov Sirəddin Dadaş oğlu iki gün öncə evdən çıxıb və geri qayıtmayıb:

“Sumqayıt şəhərində 12-ci mikrorayonda yaşayır. Evdən çıxıb və naməlum istiqamətə gedib. Ötən gün onu Mehdiabad qəsəbəsi tərəfdə görüblər. Ondan sonra heç bir xəbər yoxdur. Səhhətində problemləri var. Eşidə və danışa bilmir. Psixoloji problemləri olduğu üçün yaşadığı ünvanı kiməsə deyə və ya kömək istəyə bilmir. Evdən çıxanda əynində qara rəngli kurtka, şalvar olub”.

Şəxsi görənlərdən 055 644 66 44 və 055 275 14 84 nömrələri vasitəsilə ailə yaxınlarına məlumat vermələri xahiş olunur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: