Dünyanın ən yaxşı kiçik şəhəri açıqlandı

Portu şəhəri rahat həyat şərtləri baxımından dünyanın ən yaxşı kiçik şəhəri seçilib.

Portuqaliyanın iqtisadi mərkəzi sayılan şəhər Britaniyanın “Monocle” jurnalının tərtib etdiyi “Small Cities Index” siyahısında il ərzində doqquz pillə irəliləməyi bacarıb.

Portunun bu nailiyyəti daha çox pandemiya dövründə şəhər rəhbərliyinin zərər çəkmiş iş adamlarına yardımı sayəsində mümkün olub.

Reytinqdə ikinci yeri Belçikanın Levan şəhəri tutur. Üçlüyü Yaponiyanın İtosima şəhəri tamamlayır.

Avropa İttifaqından İtaliyanın Bolsano və Danimarkanın Olborq şəhərləri də ilk onluğa düşməyi bacarıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: