Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı – VİDEO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşaya gedib.
Artıq dövlət başçısı və xanımı azad edilmiş ərazilərə çatıb. M. Əliyeva sözügedən səfərdən daha bir video paylaşıb.
“Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək düşməni qova-qova torpaqlarımızdan çıxardı”-, deyə Prezident bildirib.
Videoda qeyd edilib ki, görüntülərdəki ərazi Füzuli rayonu və onun Qaraxanbəyli kəndidir.