Avtomobil Daşıyıcıları Assosiasiyasının fəxri prezidenti vəfat etdi

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) fəxri prezidenti, avtomobil nəqliyyatı sahəsində müstəsna xidmətləri olan Tofiq Nurullayev 2021-ci il yanvar ayının 15-də 83 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova paylaşıb.

Bildirilir ki, T. Nurullayev Azərbaycan Respublikasında beynəlxalq avtomobil nəqliyyatı daşımaları sahəsində peşəkar mütəxəssis olub.

Əmək fəaliyyətinə 1960-cı ildə başlayan Tofiq Nurullayev uzun illər avtomobil nəqliyyatı sahəsində çalışıb. Azərbaycan Respublikasında beynəlxalq avtomobil nəqliyyatı daşımalarının inkişafında onun xidmətləri xüsusilə əhəmiyyətlidir.

Tofiq Nurullayev 1993-cü ildən 2019-cu ilə qədər ABADA-nın prezidenti, 2019-cu ildən isə fəxri prezidenti olaraq fəaliyyət göstərib. 1996-cı ildə ABADA-nın Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (İRU) üzv qəbul edilməsində Tofiq Nurullayevin xüsusi xidmətləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: