“Facebook” vasitəsilə kütləvi tədbirlər keçirilməsinə qadağa qoyuldu

“Facebook” şəbəkəsinin rəhbərliyi ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminədək kütləvi tədbirlər keçirilməsinə qadağa qoyub.

Şəbəkə rəhbərliyinin rəsmi bloqunda yerləşdirilən açıqlamaya görə, həmin qadağa Vaşinqtonda Ağ Ev və Konqres binasının, habelə ştatların qanunverici məclislərinin binaları yaxınlığında keçiriləcək tədbirlərə şamil olunur.

Xatırladaq ki, Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: