“Ağdamda tarixi, dini abidələr talan edilib, buna biganə qala bilmərik” – Türk Mədəniyyət və İrsi Fondunun prezidenti

Ağdamda tarixi, dini abidələr talan edilib, dağıdılıb.

Bunu Qarabağ bürosunun müxbirinə açıqlamasında Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib

Onun sözlərinə görə, artıq ikinci dəfədir bu ərazilərə gəlir: “Ötən il biz diplomatik nümayndəliklərin səfəri zamanı bura gəlməşdik. İlk növbədə, biz xoşbəxtlik hissi keçiririk ki, Azərbaycan öz əzəli torpaqlarına qovuşub. Digər tərəfdən isə biz dəhşətli faciənin şahidi oluruq. Çünki burada tarixi, dini abidələr talan edilib, dağıdılıb. Biz buna biganə qala bilmərik. Hesabatlar hazırlamışıq və onu aidiyyəti üzrə beynəlxalq qurumlara göndərəcəyik”.

Məqaləyə dair fotomateriallar:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: