Pandemiyanın 2021-ci ildə inkişaf modeli

Çində pandemiyanın 2021-ci ildə inkişaf modelleri hazırlanıb.

“South China Morning Post” xəbər verir ki, elmi-araşdırma qrupuna Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən, Xalq Qurtuluş Ordusundan və professor Syu Tszyanqonun rəhbərlik etdiyi bir sıra tədqiqat institutlarından çinli alimlər daxildir.

Modelə əsasən, ən pis variantda dünya miqyasında koronavirusa yoluxanların ümumi sayı önümüzdəki iki ayda 92 milyondan 170 milyona yüksələcək.

Eyni zamanda, qeyd edilir ki, dünyadakı xəstəliklərin ümumi sayının beşdə biri ABŞ-da olacaq.

“Martın əvvəlinə qədər COVID-19-dan ölənlərin sayı beş milyona çata bilər”, – deyə professor Tszyanqo bildirib.

Ən nikbin ssenarini həyata keçirmək üçün hər kəsin sosial məsafə və maska taxmaq qaydalarına riayət etməsi lazımdır, ölkələrin hökumətləri yalnız təsirli tədbirlər görməli və kütləvi peyvənd proqramını davam etməlidirlər.

Bütün bu şərtlər yerinə yetirilsə də, çinli alimlərin hesablamalarına görə, bu ilin mart ayının əvvəlinə qədər dünyada COVID-19-dan daha üç yüz min insan öləcək.

Alimlərin fikrincə, əsas problem SARS-CoV-2 virusunun qrip kimi inkişaf etməsidir. Bu o deməkdir ki, virusun insan orqanizminə uyğunlaşması xəstəliyin mövsümi xarakter daşımasına səbəb ola bilər və bu da onunla mübarizəni xeyli çətinləşdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: