Tanınmış alpinist olan sabiq mer zirvədən enərkən faciəvi şəkildə həlak oldu

İspaniyalı alpinist Serji Minqote Everestdən sonra dünyanın ikinci ən hündür dağ zirvəsi olan Çoqoridə vəfat edib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Salvador İlya öz “Twitter” səhifəsində məlumat yayıb.

“Böyük idmançının, Parets şəhərinin keçmiş meri və yaxım dostumun ölüm xəbəri məni sarsıtdı. Serji Minqotenin ailəsinə və yaxınlarına başsağlığı verirəm”, – İspaniyanın səhiyyə naziri yazıb.

Qeyd olunur ki, alpinist Çoqori zirvəsindən enərkən yıxılıb və ağır xəsarət alaraq yerindəcə həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: