“Uşaqların qulaqlıqlardan istifadəsi ikiqat zərərli və təhlükəlidir” – XƏBƏRDARLIQ…

“Qulaqlıqlar səs mənbəyini, eşitmə orqanına çox yaxın etdiyindən eşitmə sinirini zədələyir. Bundan başqa qulaqlıqdan həddindən artıq yüksək səs baş-beyin hüceyrələrini zədələyərək karlığa gətirib çıxarır. Bu cihazlardan istifadə zamanı xarici qulaq keçəcəyində daim yad cismin olması burada kirin artmasına və iltihabın əmələ gəlməsinə səbəb olur. Bu zaman arterial təzyiq artır, baş ağrıları yaranır və diqqət zəifləyir. Uşaqların qulaqlıqlardan istifadəsi isə ikiqat zərərli və təhlükəlidir” 
Bunu  otolorinqoloq Oksana Məmmədova deyib.
O, gənclərin ən yaxın dostu olan qulaqlıqların zərərindən danışıb. Yolda, metroda, avtobusda hətta evdə istifadə etdiyimiz qulaqlıqlar bizi eşitmə qabiliyyətimizdən məhrum edə bilər. Səbəbi isə bu aksesüarlardan çıxan səsin intensivliyindəndir. Qulaqlıqlardan müntəzəm istifadə həm də asılılıq yaradır. Oksana Məmmədova qulaqlıqlardan mütəmaddi istifadə edənlərə tövsiyyəsini də əsirgəməyib.
“Səsi elə tonda seçmək lazımdır ki, ətrafda danışılanlar və səslər eşidilsin. Bu səslər diskomfort yaratmasın. Səs-küylü yerlərdə qulaqlıqlardan istifadə tövsiyyə olunmur. Maksimal yol verilən səs həddi 70-90 desibeldir. Həmçinin qulaqlıqlardan 2 saatdan çox istifadə etməmək tövsiyyə olunur. Statistika da göstərir ki, dünyada eşitmə ilə bağlı problemlər durmadan cavanlaşır. Əvvəllər bu qüsur 70 yaşdan sonra başlayırdısa, indi bu hər 40-yaşa qədər enir” deyə otolorinqoloq bildirib.
Bu göstərici həyəcan təbili çalmağa kifayət edir. Qulaqcıqlardan istifadə edən insanlar yol nəqliyyat hadisələrinin yaranmasına da səbəb olur. Bəzən sürücü siqnal verdiyi vaxtda piyada onun səsini eşitmir və bu qəza ilə nəticələnir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: