Gecə saatlarında qaz təzyiqinin aşağı düşməsi ilə bağlı AÇIQLAMA

“Qazın təzyiqinin nəzarətdə saxlanılması məsələsinə xüsusi diqqət ayrılıb”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev gecə saatlarında qaz təzyiqinin aşağı düşməsi ilə bağlı danışarkən deyib.

“Gecə saatlarında yay aylarından fərqli olaraq, qış aylarında qazın təzyiqinin nəzarətdə saxlanılmasına xüsusi diqqət ayrılır. Hazırda gecə saatlarında qaz təzyiqinin aşağı düşməsi məsələsi ilə bağlı ciddi tapşırıqlar verilib. “Azəriqaz” İstehsalat Birliyi olaraq bu məsələni diqqətdə saxlayırıq. Çünki qış aylarında qaz sərfiyyatı xüsusilə artır və qazın təzyiqinin aşağı düşməsi təhlükə yarada bilər”, – deyə Ruslan Əliyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: