Yunanıstanın Kassos adası yaxınlığında Roma imperiyasına aid arxeoloji tapıntılar aşkar edilib

Yunanıstanın Kassos adası yaxınlığında batmış qədim gəmilərdən Roma imperiyasına aid olan arxeoloji tapıntılar aşkar edilib.

Kassos adası qədim zamanlardan mədəniyyətlərin və naviqasiya yollarının kəsişdiyi yer olduğuna görə bu gün də arxeoloji tapıntılar üçün maraqlı məkandır. Bu dəfə tapıntıların arasında ən vacibi Roma imperiyasına aid gəminin qırıntıları içində yerləşən yağ dolu amforadır.

Qeyd edək ki, 23 alim bu uğura üçün xüsusi texniki vasitələrlə dənizin dibində 200 saatdan artıq araşdırma aparmaqla nail olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: