İndoneziyada torpaq sürüşməsi: Onlarla sakin itkin düşüb

İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində 20 nəfər itkin düşüb, onlarla insanın ağır yaralandığı bildirilir.

ANTARA agentliyi xəbər verir ki, bu barədə İndoneziyanın Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi məlumat yayıb.

Torpaq sürüşməsi nəticəsində ərazidə olan yaşayış evləri də yararsız hala düşüb.

Qeyd olunur ki, hazırda hadisə yerində polis, ordu qüvvələri və könüllülərin iştirakı ilə axtarış-xilasetmə işləri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: