Direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanı keçiriləcək

Direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, fevralın 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.

Sınaq imtahanında iştirak etmək istəyən şəxslər 19 fevral saat 15:00-dan 18:00-dək www.miq.edu.az/imtahan/login.php linkinə daxil olaraq şəxsiyyəti təsdiq edən sənədin fin kodunu və iş nömrəsini daxil etdikdən sonra imtahanda iştirak edə bilərlər. Namizədlər həmçinin şəxsi kabinetlərində aktivləşdiriləcək “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq imtahana qatıla bilərlər.

Müsabiqənin test imtahanı mərhələsində olduğu kimi onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunacaq. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: