Magistraturaya sənəd verənlərə xəbərdarlıq
İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.
Ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu bu gün başa çatır.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək. İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.
Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.