BNA “Nəqliyyat Könüllüləri” proqramına start verdi

Ölkəmizdə könüllülük hərəkatının daha da inkişaf etməsinə Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Könüllüləri” proqramı ilə öz töhfəsini verməkdədir. 

BNA-dan verilən məlumata görə, 2021-ci il üzrə “Nəqliyyat Könüllüləri” proqramına yeni könüllülərin cəlb edilməsi prosesinə start veririlib.

Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 01 aprel 2021-ci il tarixinədək konullu@bna.az elektron ünvanına göndərə bilərlər.

Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə mail vasitəsilə məlumat veriləcəkdir.

Qeyd edək ki, “Nəqliyyat Könüllüləri”ni qarşıda maraqlı bir proqram gözləyir. Keçiriləcək təlimlər, təcrübə proqramı və təqdimatlar zamanı könüllülər bilik və bacarıqlarını inkişaf etdirəcək,  mövcud vəziyyətin qaydalarına uyğun olaraq Agentliyin həyata keçirəcəyi müxtəlif sosial layihələrə, aksiyalara qatılacaq və tabeli qurumlarda təcrübə səfərlərinə yollanacaqlar. 2 ay müddətində müvafiq şöbələrdə və tabeli qurumlarda təcrübə keçən könüllülərə qiymətləndirmələrin nəticələrinə uyğun olaraq sonda sertifikatlar təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: