Özünü binadan atan 20 yaşlı qızdan ŞOK MESAJLAR: “Məktub yazdırıb zəhər içizdirəcəm” – FOTO

Xəbər verdiyimiz kimi, dünən Bakının Xətai rayonunda 20 yaşlı Sevil Atakişiyeva özünü Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

Gənc qızın intihar etməsinə səbəb ailəsi tərəfindən fiziki və psixoloji durum göstərilir.

Belə ki, sosial şəbəkələrdə Sevil Atakişiyevanın 1 il əvvəl olan yazışmaları ortaya çıxıb. Onunun təhsil almaq üçün ölkədən getmək üçün pul topladığı məlum olub. Ailəsini razı salmaq üçün o, saxta evlilik planı da qurub. Lakin bunlar baş vermədikdə Sevil intihara əl atıb.

Hətta o, yazışmaların birində “İşdi, başıma nə gəlsə, bu mesajları nəzərə alarsınız”,- deyə ifadə edib.

Qeyd edək ki, faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: