Alimlər koronavirus immunitetinə dair kəşf ediblər

Bu tədqiqatın nəticələrinə istinad edən alimlər komandası ümid edir ki, cəmiyyətdə kollektiv immunitet formalaşacaq. 

 Koronavirusa yoluxub sağalan insanlarda COVID-19-a qarşı immunitet qalır.  Euronews-un məlumatına görə, bunu İnsbruk Tibb Universitetinin mütəxəssisləri kəşf ediblər.

Avstriyalı alimlər bir il əvvəl Avropada koronavirusa yoluxmanın episentrinə dönən İşgil dağ-xizək kurortunda böyük araşdırma aparıblar.

“Məlum oldu ki, ilkin tədqiqatda iştirak edən, sonra təkrar müayinəyə gələn insanların 90%-də anticisimlər qalıb. Eləcə də bizim hüceyrə immunitetini müayinə etdiyimiz adamların 70%-də də hüceyrə aktivliyi qorunub saxlanır”, – tədqiqatın rəhbəri Vegener Borena deyib.

Bu tədqiqatın nəticələrinə istinad edən alimlər komandası ümid edir ki, cəmiyyətdə kollektiv immunitet formalaşacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: