Bibərin koronavirusla əlaqəsinə inanmayacaqsınız – Mütəxəssislərdən tövsiyə

COVID-19 xəstəliyindən sağalmış insanlar qidalanmalarına xüsusi fikir verməlidir.

Mütəxəssislər koronavirus infeksiyası keçirmiş insanların rasionuna bolqar bibəri daxil olunmasını tövsiyə edir.

Rusiyalı dietoloq Andrey Knyazkov bildirib ki, yalnız itburnu bitkisinin çiçəyi C vitamini baxımından bolqar bibəri ilə müqayisə edilə bilər.

Mütəxəssis hər növ bibərin faydalı maddələr – alkaloidlərlə zəngin olduğunu, buna görə də istənilən bibər növünün bədənin xəstəlikdən daha sürətli yaxşılaşmasına kömək edəcəyini deyib. Məsələn, qara istiotda immunitet sistemini yaxşılaşdıran “piperin” var.

Öz növbəsində, rusiyalı fitoterapevt, biologiya elmləri namizədi Mixail Luşçik də hesab edir ki, koronavirus infeksiyasından qurtulmaq üçün rasiona qırmızı, qara və ya uzun bibər əlavə etmək lazımdır. Mütəxəssisin sözlərinə görə, bibər qan dövranını artırır və zərərli qidaların bədəndən xaric olunmasına kömək edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: