Bu qidalar ürək sağlığı üçün təhlükəlidir

Ürək sağlamlığına zərərli qidalar ürək-damar xəstəlikləri riskini artırır eyni zamanda  yüksək qan təzyiqi kimi bir çox problemə səbəb ola bilir. Buna görə də hazırda istifadə edilən bəzi qidalar və içkilər ürək sağlamlığı üçün xüsusilə təhlükəlidir.

Ürək sağlığına zərərli qidaları təqdim edirik:

1. İşlənmiş ət və qırmızı ət
Kolbasa kimi işlənmiş ət məhsullarının az yağlı olanlarına üstünlük versəniz də, onun tərkibində sodyum nitrat var. Bu xroniki iltihab damar tıxanmasına da səbəb ola bilir. Qırmızı ətin həddindən artıq istehlakı  ürək-damar xəstəlikləri riskini artırır. Lakin bitki mənşəli qidalar protein tərkibli olduğunda ürək sağlığını qoruyur.

2. Süfrə duzu
Gündəlik duz ehtiyacımızın yüzdə 85%-ni istehlak etdiyimiz qidalar hesabına əldə edirik, qalan yüzdə 15-ini isə tənzimləmək isə öz əlimizdədir. Bu səbəblə də yediyimiz yeməklərdə ehtiyacımız olan qədər duz qəbul etsək sağlamlığımızı risk altında qoymarıq. Hətta bəzi insanlar yeməyin dadına belə baxmada ona duz əlavə edir. Belə insanlar isə mütləq bu vərdişlərini unutmalıdırlar.

3. Qızardılmış yeməklər
Qızardılmış yeməklər sağlamlıq üçün olduqca təhlükəlidir. Bu yeməklərdən mütəmadi istifadə edənlərin ürək-damar xəstəliyindən ölmə riski daha yüksəkdir. Belə yeməklər təkrar-təkrar eyni yağda bişdiyindən orqanizimdəki xolesterolu artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: