Göyçayda “BMW” yoldan çıxaraq aşıb, 6 nəfər xəsarət alıb – FOTO

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.

“BMW” markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: