İmişlidə avtomobil 8 yaşlı iki uşağı vurdu

İmişli rayonunda bir uşağın ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə axşam saatlarında Aranlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Elə bu zaman avtomobil yolu keçmək istəyən 8 yaşlı iki uşağı – Aranlı kənd sakinləri – 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlu və həmyaşıdı Hüseynli Umud Musa oğlunu vurub.

Nəticədə uşaqlardan biri ölüb. Digəri isə ilk tibbi yardımdan sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: