İrandan Baydenə mesaj: “Bizə vədlər lazım deyil”

“ABŞ Prezidenti Cozef Bayden sələfinin İrana qarşı siyasətini dəyişdirmədi”.
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Heç nə dəyişmədi. Bayden Trampın maksimum təzyiq siyasətinin maksimum uğursuzluq siyasətinə çevrildiyini bildirir. Ancaq onlar siyasətlərini dəyişdirmədilər. Problem ABŞ-ın sanksiyalara aludə olmasındadır. Bizə vədlər deyil, fəaliyyət lazımdır. Donald Trampın prezidentliyi dövründə başlayan qanunsuzluqların təkrarlanmaması üçün davranışlarda dəyişiklik görmək istəyirik”, – deyə XİN başçısı bildirib.

Onun sözlərinə görə, nüvə sazişinə uyğun olaraq hər kəs öhdəliklərini yerinə yetirən kimi ABŞ-ın da iştirakı ilə nüvə sazişinə dair danışıqlar aparılacaq.

“ABŞ-ın hərəkətlərinin (müqavilədən çıxma və sanksiyaların bərpası) bir daha baş verməməsindən necə sığortalanacağımızı və bundan necə yan keçəcəyimizi müzakirə edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: