İsraildə peyvənd olunanlara barda pulsuz içki verilir

Tel-Əvivdəki “Jenia” barında maraqlı aksiyaya start verilib.
“Daily Star” nəşri xəbər verir ki, bardakı tibb məntəqəsində koronavirus peyvəndi vurduran ziyarətçilərə pulsuz içki təqdim edilir.
Qeyd olunur ki, fevralın 18-də adıçəkilən barda  “Pfizer CoViD-19” peyvənd məntəqəsi fəaliyyətə başlayıb.
Bu addım mümkün qədər çox sakini vaksinasiyaya cəlb etmək və barın müştərilərini artırmaq məqsədilə atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: