Metal detektoru ilə axtarış aparan qadın vikinqlərin xəzinəsini tapdı – FOTO/VİDEO

Britaniyanın Men adasında xəzinə axtarışına həvəs göstərən qadın vikinqlərin xəzinəsini aşkarlayıb.

Bu barədə “The Guardian” xəbər verir.

Bildirlir ki, Ket Cayles metal detektoru ilə ərazidə axtarış apararkən qızıl bilərzik, böyük gümüş broş, gümüş qolbaq və digər zinət əşyaları tapıb. Qadın dərhal vacib bir şey tapdığını anlayaraq Men Adası Milli İrs Muzeyi ilə əlaqə yaradıb.

Mütəxəssislərin fikrincə, xəzinə eramızın 950-ci illərinə aiddir.

“Xüsusən bilərzik nadir tapıntıdır”, – deyə muzeyin kuratoru Allison Foks bildirib.

“Vikinqlərin dövründə əşyalar nadir hallarda qızıldan hazırlanırdı. Ticarət və zənginliyi göstərmək üçün daha çox gümüşdən istifadə olunurdu. Həmin dövrlərdə qızılın gümüşdən 10 qat baha olduğuna görə təxminlər var, bu səbəbdən belə bir qolbaq 900 gümüş pula bərabər ola bilər”, – deyə Foks əlavə edib.

Caylsın tapıntısı rəsmi olaraq xəzinə kimi qəbul edilib və Men Adası Milli İrs Muzeyinə veriləcək.

Xəzinə ovçusu və torpaq sahibi də mükafatlanacaq. Mükafatın dəyəri tapılan əşyaların bazar qiymətləri müəyyən olunandan sonra məlum olacaq.

“Tapıntıların hazırda Men Adasının tarixi və mədəniyyəti üçün əhəmiyyətini bilirik, maliyyə dəyəri isə gələcəkdə müəyyənləşəcək”, – deyə Foks izah edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: