Musson yağışları Cakartanı İFLİC ETDİ

İndoneziyanın 10 milyona yaxın əhalisi olan paytaxtı Cakarta musson yağışları səbəbindən daşqına məruz qalıb.

Xilasedicilər suyun səviyyəsinin 1,8 metrə yüksəldiyi cənub və şərq rayonlarından 1,3 mindən çox insanı təxliyə ediblər. Şəhərdə iyirmiyədək təxliyə mərkəzi yaradılıb. Təbii fəlakətin qurbanları barədə məlumat verilmir.

Sinoptiklərin proqnozlarına əsasən, bu mövsüm paytaxt regionunda ən şiddətli yağış yaxın günlərdə yağa bilər. Növbəti həftə orada leysan və güclü külək gözlənilir. Yağışlar mövsümünün fevralın sonu və ya martın əvvəlinədək davam edəcəyi proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: