“Bayraktar TB2” rekord vuraraq Türkiyənin aviasiya tarixinə düşdü – VİDEO

Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz uçuş aparatı 300 min uçuş saatını geridə qoyub.

Bu barədə “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar “Twitter” hesabında paylaşım edib.

Səlcuq Bayraqdarın paylaşımında pilotsuz uçuş aparatının bu günə qədər istifadə olunduğu əməliyyatlardan, o cümlədən Vətən müharibəsində qeydə alınan görüntülərdən istifadə olunub.

Qeyd edək ki, Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz uçuş aparatı 300 min uçuş saatını geridə qoymaqla qardaş ölkənin havada ən uzun müddət xidmət aparan milli texnikası olub və bu baxımdan aviasiya tarixində rekorda imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: