Tullantılarla bağlı yeni layihə bütün Bakını əhatə edəcək – FOTO

Artıq xeyli müddətdir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin paytaxtın Nərimanov rayonunda icrası uğurla həyata keçirilir.

Kommunal xidmətlər müəssisəsinin derektoru Vüqar Hüseynov junalistlərə açıqlamasında bildirib ki, görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyiş əldə olunub.

Onun sözlərinə görə, bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq mart ayının 1-dən etibarən paytaxtın Nizami rayonunun da bu layihəyə qoşulması qərara alınıb:

“Layihənin tədbiqinə hazırlıqla bağlı Nizami rayonunda 380 ədəd konteyner meydançası yaradılıb, buraya 2 rəngdə – yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu işlərə cəlb edilərək hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılır, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılır. Əraziyə cavabdehlər təyin olunub. Təbliğat və izahetmə işlərinin KİV-lərdə də aparılmasına başlanılıb.

Hazırlıq işləri çərçivəsində Nizami rayonunun kommunal xidmət əməkdaşları Nərimanov rayonunda bu layihənin uğurlu tətbiqinin təcrübəsi və Monitorinq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Burada tullantıların kompozisiya tərkibinin araşdırılmasının aparılması gələcəkdə görüləcək işlərə proqnoz verilməsinə kömək olacaqdır”.

Qeyd olunub ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkınin yeniləşməsinə böyük kömək olmuşdur.

Layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Bu layihə gələcəkdə bütün Bakı şəhərini əhatə edəcək. Bu il ərzində aprel ayında Nəsimi rayonunda və ondan sonra Yasamal rayonunda layihə reallaşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: