Premyer Liqada XVII turun bütün oyunları sükut dəqiqəsi ilə başlayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Bu qərarı Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Peşəkar Futbol Liqası qəbul edib.

Qarşılaşmalar fevralın 25-də oynanılacaq. Həmin gün “Zirə” “Neftçi”ni, “Qəbələ” “Sumqayıt”ı, “Sabah” “Keşlə”ni, “Qarabağ” isə “Səbail”i qəbul edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: