Bakıda buzlu yollarda yıxılan 20 nəfər xəstəxanaya yerləşdirilib – YENİLƏNİB

Bakıda hava şəraiti ilə əlaqədar daha 10 nəfər yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından  verilən məlumata görə, bu gün saat 13:00-a qədər 10-u kişi, 12-si qadın olmaqla ümumilikdə 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Yaralılardan ikisinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

11.38

Bakıda daha dörd nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar ümumilikdə dördü kişi, səkkizi qadın olmaqla 12 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Yaralılar xəstəxanaya yerləşdiriliblər”.

10:35

Bu gün kəskin hava şəraiti ilə bağlı səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə  Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:00-a qədər olan məlumata əsasən, hava şəraiti ilə əlaqədar səkkiz nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Yaralılardan birinə yerində yardım göstərilib. Digər yeddi nəfər isə xəstəxanaya yerləşdirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: