Okeanı təkbaşına keçən ən gənc qadın -VİDEO

Böyük Britaniyadan olan 21 yaşlı üzgüçülük təlimçisi Jasmin Harrison avarlı qayıqla təkbaşına Atlantik okeanını keçib.

Bu barədə “HaberGlobal” məlumat yayıb. Məlumata görə, bununla da o, bu marşrutu keçən dünyanın ən gənc qadını olub.

Bildirilir ki, Kanar adalarındakı La Qomeradan Karib dənizindəki Antiquaya qədər 4828 kilometrlik yol 70 gün, 3 saat 48 dəqiqə çəkib.

“Bu heyrətamiz bir macəra idi”, – deyə finişdən sonra jurnalistlərlə hisslərini bölüşən qadın hər şeydən – sosial şəbəkədən, pis xəbərlərdən uzaqlaşmağın verdiyi həzzin heç nə ilə müqayisə olunmayacağını vurğulayıb.

Keçid zamanı o, növbəli şəkildə iki saat avar çəkib, iki saat yatıb. Bu müddət ərzində onun qayığı bir dəfə çevrilib, həmin vaxt idmançı dirsəyindən zədələnib.Oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: