Bugünkü futbol matçlarında Xocalı soyqırımı qurbanları yad ediləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq.

XVII turun dörd oyunundan əvvəl Xocalı soyqırımında dünyasını dəyişənlər yad ediləcək.

Görüşlərin başlanma vaxtını və hakimləri təqdim edirik:

15:00 “Qəbələ” –“ Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu.

16:00 “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu.

17:30 “Sabah” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
“Bank Respublika Arena”.

18:30 “Qarabağ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
“Azersun Arena”.

Qeyd edək ki, stadionlar dünən qara bürünsə də, meydan sahibi olan klublar matçların başlanma vaxtına kimi arenanı hazır duruma gətirməyi bacarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: