Minneapolisdə “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Minnesota-Azərbaycan Cəmiyyətinin rəhbəri Günel Rallisin təşkilatçılığı ilə Minnesota ştatının Minneapolis şəhərində “Xocalıya ədalət!” tələbinin yazıldığı lövhə yerləşdirilib. 

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində şəhərin mərkəzi avtomobil magistralında yerləşdirilən lövhədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən soyqırımı barədə şəkillər və məlumatlar əks olunub. Məlumatlarda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakininin qətlə yetirildiyinə diqqət cəlb edilib.

Lövhənin bir ay müddətində nümayiş olunması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: