Qışa hazır olmayan avtobusların sürücüləri cərimələndi

Ağstafa rayonunda qış rejiminə uyğun olmayan mikroavtobsuların sürücüləri cərimələnib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları havaların kəskin dəyişməsi nəticəsində rayon ərazisində avtomobillərin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər keçirir.

Polis əməkdaşları yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər. Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparılır.

Reyd zamanı qış rejiminə uyğun olmayan 3 mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub, sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: