NATO hərbi gəmiləri Qara dənizə daxil olub

NATO hərbi gəmiləri Qara dəniz akvatoriyasına daxil olub.

Bu barədə “RİA Novosti” Rusiya Milli Müdafiə Mərkəzinə istinadən xəbər verib.

Məlumata əsasən, İspaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Taxo” və Yunanıstan Hərbi Dəniz Qüvvələrinə aid “Europi” gəmiləri mina axtarma işlərində iştirak etmək məqsədilə Qara dəniz akvatoriyasına daxil olub.

Rusiya Milli Müdafiə Mərkəzi sözügedən gəmilərin Qara dəniz donamması qüvvələri tərəfindən izləndiyini də bildirib.

Qeyd edək ki, bu yaxınalrda NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Qara dənizdə öz mövcudluğunu gücləndirdiyini bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: